+99451-700-76-06/78-08 info@premiummed.az

2016-ci ilin mart ayında, Bakı şəhərində qurulmuş PremiumMed MMC , tibbi laborator avadanlıqları, reaktivlər və sərfiyyatları istehlak edən ən böyük istehsalçı şirkətlərin, dünyaca məşhur brendlərin Azərbaycan bazarına ixracatçısıdır. Bu sahədə sübut olunmuş texnologiyalardan və yeniliklərdən istifadə edən, yaşının az olmasına baxmayaraq, dinamik və gözəl fikirlərlə dolu, gənc və müstəqil bir şirkətdir. Şirkətin ən vacib və önəmli – açar fəaliyyəti , laborator məhsul və xidmətlərin realizasiyası, layihələr üzrə fəaliyyət, klinikaların metodik və servis dəstəyinin mükəmməl şəkildə həyata keçirilməsidir. Bu illər ərzində, şirkət iri miqyaslı və iddialı layihələr həyata keçirərək zəngin təcrübə toplamışdır, Azərbaycanda bir çox diaqnostik test və proqramların novatoru olmuşdur. Şirkətin rəhbərliyi bu sahədə 15 ildən artıq təcrübəyə malikdirlər. PremiumMed, müasir idarəetmə təcrübəsi olan, ixtisaslı işçiləri birləşdirən, dinamik inkişaf edən bir şirkətdir. Şirkətin amalı, fəaliyyət müddəti boyunca özünü müştərilərinə yüksək səviyyədə məsuliyyətli bir tərəfdaş kimi sübut etməkdir.